RU

“Qarabağ”ın “maestro”su “Ağ şəhər”də gördüyü mənzərəyə biganə qalmadı - VİDEO

“Qarabağ”ın legioneri Marko Yankoviç sosial şəbəkə hesabında maraqlı paylaşım edb.

Monteneqrolu yarımmüdafiəçinin yaşadığı “Ağ şəhər”də gördüyü mənzərə onu yaxşı mənada təəccübləndirib.

Belə ki, sözügedən məkanda yerli filmlə bağlı çəkiliş aparan şəxslər idman üslublu maşınla drift edərək səs-küy yaradıb.

“Köhlən atlar”ın “maestro”su gənclərin ürəyinə yağ kimi yayılan görüntünü eyvandan izləyərək onu telefonunun yaddaşına köçürüb, daha sonra “instagram” hesabında paylaşıb.

Paylaşıma isə “Sabahınız xeyir” başlığını seçib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
53
sportinfo.az

1Источники