"Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlayıb.
O bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir:
"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub.