RU

Çinin premium “Zeekr” avtomobilində 10 min dollarlıq nasazlıq

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Çinin lüks brendi hesab edilən “Zeekr” brendinin 9X krossoverində qəribə nasazlıq aşkar edilib.

Avtosfer.az xəbər verir ki, nasazlıq bir çox ölkədə aşkar edilsə də, Rusiyada istismar olunan modellərdə özünü daha çox göstərib. Krossoverin arxa körpüsündə yaranan çat nəticəsində yağ axması baş verir. Vaxtında tədbir görülmədikdə bütövlükdə arxa körpü sıradan çıxa bilər. Nasazlığın səbəbi arxa körpünün keyfiyyətsiz alüminium ərintisindən hazırlanması və yüklənməyə davam gətirməməsidir.

Şirkət nümayəndəliyi olan ölkələrdə zəmanət çərçivəsində nasaz detalı dəyişməyi öhdəsinə götürüb. Nümayəndəlik olmayan (həmçinin, nümayəndəlikdən alınmayan) ölkələrdə isə avtomobil sahibi xərci özü çəkməlidir.

Rusiyaya bu maşınları yalnız boz dilerlər gətirirlər. Buna görə də hər 9X sahibi nasazlığı aradan qaldırmaq üçün təxminən 10 min dollar xərcləməlidir. Pul bir yana, lazımi detalların Çindən neçə aya gələcəyini isə heç kim bilmir. 

Qeyd edək ki, bu avtomobil Çin “Rolls-Royce”u adlandırılır və ölkə xaricində ciddi reklam edilir.

Vüqar

Oxunub 110

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
avtosfer.az

1Источники