RU

“2030 a qədər Türkiyə sərhədindən Ermənistan və Azərbaycan sərhədlərinədək magistralın əsas hissəsi hazır olacaq” Kobaxidze

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, 2030-cu ilin sonunadək Türkiyə sərhədindən Ermənistan və Azərbaycan sərhədlərinədək uzanan magistral yolun əsas sahələrinin demək olar hamısında tikinti işləri tamamlanacaq.

Gununsesi.infoxəbər verir ki, Kobaxidze bunu “PosTV” telekanalının efirində deyib.

Baş nazir vurğulayıb ki, hökumət ölkənin strateji coğrafi mövqeyindən maksimum yararlanmaq niyyətindədir və bu məqsədlə nəqliyyat infrastrukturu, o cümlədən tranzit funksiyası inkişaf etdirilir.

“Biz ölkəmizin strateji mövqeyindən maksimum istifadə etməyə çalışırıq. Vəzifələrimizdən biri nəqliyyat infrastrukturunun, tranzit funksiyasının inkişafıdır”, – Kobaxidze qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə iri həcmli investisiyalar həyata keçirilir. “Planımıza əsasən, 2030-cu ilin sonuna qədər Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək yolun əsas sahələrinin demək olar hamısı tamamlanacaq”, – Baş nazir əlavə edib.

“Sputnik Gürcüstan” yazır ki, hökumət 2026-cı il dövlət büdcəsi çərçivəsində Ermənistan və Azərbaycan sərhədlərinə aparan Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı yol sahələrində tikintini tam başa çatdırmağı, həmçinin Türkiyə sərhədinə çıxan Batumi-Sarp yolunun inşasını yekunlaşdırmağı planlaşdırır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
icma.az

1Источники