Bu həftə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycana səfər edəcək. Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
"Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha vurğulayır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdədir. O, Ermənistana səfərindən sonra Azərbaycana gələcək.