RU

Pensiya artımı kimlərə şamil olunacaq? - AÇIQLAMA

Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə ortaaylıq əməkhaqqının illik artımına uyğun olaraq 9.3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Ucnoqta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib.

O qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" Qanuna əsasən həyata keçirilir.

"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.

İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının üç növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq", - deyə deputat vurğulayıb.

Избранный
41
26
ucnoqta.az

10Источники