RU

Kralın qardaşı Epşteynə hansı məlumatları ötürüb?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniya Kralı III Çarlzın qardaşı, şahzadə Endryu, çox güman ki, hökumət sənədlərini amerikalı maliyyəçi Ceffri Epşteynə ötürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, o, 2010-cu ildə Epşteynə Britaniyanın ticarət xidmətinə aid sənədləri göndərib:

“ABŞ tərəfindən sonuncu dəfə yayımlanan sənədlərdən birində elektron məktublar aşkar edilib. Məlum olub ki, Endryu Epşteynə Vyetnam, Sinqapur və digər ölkələr barədə hesabatları hökumət missiyası çərçivəsində əldə etdiyi məlumatlarla göndərib.

Ticarət nümayəndələrinin konfidensial və ya kommersiya sənədlərini paylaşması adətən qadağandır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
globalinfo.az

1Источники