GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə obyektlərini yoxlayacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami məlumat verib.
“İran-İsrail müharibəsindən sonra hücuma məruz qalmayan ərazilərin yoxlanılması aparılıb. Yaxın günlərdə bir sıra digər ərazilərin də yoxlanılması planlaşdırılır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi agentliyin nüvə obyektlərini yoxlamaq üçün müfəttişlərini İrana göndərməyə hazır olduğunu bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.