RU

Pensiya artımları kimlərə şamil olunacaq?

Bakı. Trend:

Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarınınindeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dəktəyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdimetdiyi məlumata əsasən, 2025-cü il üzrə orta aylıq əməkhaqqınınillik artımına uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə bu ilin 1yanvar tarixindən artırılır. Sözügedən qanuna əsasən, bütün növəmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artımfaizinə indeksasiya olunaraq artırılır.

Trend xəbərverir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Facebook" hesabındapaylaşım edib.

O bildirib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamilolunur:

""Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əməkpensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əməkpensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyəgörə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılıolmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artımhesablanacaq.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilingöstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-idaxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşlarınpensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımızaşamil olunacaq".

Məqalədə:
Избранный
46
26
az.trend.az

10Источники