RU

"Barselona"nın prezidenti istefa verdi

"Barselona" klubunun prezidenti Xuan Laporta martın 15-də keçiriləcək Direktorlar Şurasına seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün vəzifəsindən istefa verib.

News365.az bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qərar İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmiləşdirilib.

Laporta ilə yanaşı, mövcud idarə heyətinin bir neçə üzvü də seçki prosesində iştirak etmək üçün vəzifələrindən istefa veriblər.

30 iyun tarixinə qədər klubun idarəetməsini birinci vitse-prezident Rafael Yuste, vitse-prezident və katib Xosep Kubells, xəzinədar Alfons Kastro və digər İdarə Heyəti üzvləri (Xosep İqnasi Masia, Anxel Riudalbas, Joan Sole i Sust, Sisko Puyol) həyata keçirəcəklər.

Избранный
16
1
news365.az

7Источники