RU

Elm məktəbdən başlayır: UNEC-in təşəbbüsü genişlənir

Bakı. Trend:

UNEC-in 3 ildir həyata keçirdiyi “Elmin populyarlaşdırılması” və“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvan MuxtarRespublikasında reallaşdırılıb.

“Elmin populyarlaşdırılması” təşəbbüsünün məqsədi elmi hər kəsinortaq dəyərinə çevirərək, gənclərin elmə marağının artırılmasıdır.“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü isə məktəblilər arasındaelmi fəaliyyətə maraq oyatmaq, onlarda tədqiqatçılıq ruhunu erkənyaşlardan inkişaf etdirmək, elmi potensialını formalaşdırmaq, eləcədə elmi şagirdlərə sadə dildə təqdim etmək məqsədi daşıyır. Layihəçərçivəsində alimlərlə məktəblilər arasında birbaşa ünsiyyətqurularaq, elmin yalnız nəzəri biliklər deyil, həyatımızın birparçası olduğu izah edilir və elmin cəmiyyət üçün əhəmiyyəti önplana çıxarılır.

Nümayəndələr Naxçıvan Dövlət Universitetinin (NDU) kampusu, elmmərkəzləri, laboratoriya imkanları ilə yaxından tanış olublar.

NDU-nun professor-müəllim heyəti ilə keçirilən görüşdə Prezidentİlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığınınqorunması məsələləri önə çəkilmiş, elmin populyarlaşdırılmasısahəsində beynəlxalq təcrübə və ali təhsil müəssisələri arasındaəməkdaşlıq perspektivləri müzakirə edilib.

Tədbirin sonunda UNEC və NDU arasında əməkdaşlığa dairmemorandum imzalanıb. Hər iki universtetin elektronkitabxanalarının inteqrasiyası və ortaq qrant layihələrinreallaşdırılmasına dair razılıq əldə olunub.

“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində NDUnəzdindəki Beynəlxalq Məktəbdə və Ordubad şəhər 1 saylı tam ortaməktəbində şagirdlərlə görüşlər keçirilib. Naxçıvanın təhsil naziriElxan Nəcəfovun da iştirak etdiyi görüşlərdə dövlət başçısı İlhamƏliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlıtövsiyələri xüsusi diqqət mərkəzində saxlanılıb.

Elmin təməlinin məktəb illərində qoyulduğu və gələcəkdə böyükkəşflərə imza atacaq alimlərin bu gün sinif otaqlarında əyləşənşagirdlər arasından yetişə biləcəyi qeyd edilib. Şagirdləri həmmilli dəyərlərə, həm də müasir elmi biliklərə yiyələnməyəçağıraraq, elmlə məşğul olmağın yaş həddi tanımadığıbildirilib.

Görüşlərin sonunda məktəblərin kitabxanalarına kitablar hədiyyəedilib.

Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Elm
Məqalədə:
Избранный
8
8
az.trend.az

10Источники