RU

Yeni dünya nizamı start götürür: Azərbaycan Vaşinqtona dəvət edildi

ABŞ Prezidenti Donald Tramp Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderlərini Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtona dəvət edib. Məlumata görə, toplantıda adıçəkilən dörd dövlətin ali səviyyədə təmsil olunacağı gözlənilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” mövcud geosiyasi mənzərə kontekstində dəyərləndirilməlidir.

Əli Zülfüqaroğlu

Onun fikrincə, artıq dövlətlərarası münasibətlər sisteminin tənzimlənməsində mövcud beynəlxalq təşkilatların dövrü başa çatmaqdadır:

“Yeni dünya nizamında alternativ təşkilatların yaradılması qaçılmazdır və hesab edirəm ki, bunlardan birincisi məhz ‘Sülh Şurası’dır. Azərbaycanın bu təşkilatda təmsil olunmaq üçün Trampın dəvətinə müsbət cavab verməsi kifayət qədər önəmlidir və bu addım iki ölkə arasındakı münasibətlərə də müsbət təsir göstərəcək.

Azərbaycanın ‘Sülh Şurası’nın iclasında iştirak etmək üçün Vaşinqtona dəvət olunması mühüm hadisədir.

Azərbaycanla yanaşı Ermənistan, Qazaxıstan və Özbəkistanın da Vaşinqtona dəvət edilməsi regional əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verə bilər”.

Atilla Rzasoy  

Избранный
42
nocomment.az

1Источники