RU

“World Defence Show 2026”-da Azərbaycanın 180 adda hərbi məhsulları nümayiş olunur

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın aparıcı müdafiə sənayesi tədbirlərindən biri olan “World Defence Show 2026” beynəlxalq sərgisində iştirak edir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 127 adda, həmçinin Azərbaycanın “6LSystems”, “RD Smart”, “Q-STP”, “Synapline”, “USH Group” və "İTX Motors" şirkətlərinin 53 adda müasir hərbi məhsulları nümayiş olunur.

Ən son hərbi texnologiya, avadanlıq və sistemlərin təqdim edildiyi “World Defence Show 2026” sərgisinə 76-dan çox ölkədən 773-dən artıq şirkət və 441-dən çox rəsmi nümayəndə heyəti qatılıb. Tədbirdə 106 mindən çox ziyarətçinin iştirak edəcəyi gözlənilir.

Sərgi çərçivəsində nazir V.Mustafayev Slovakiya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak ilə görüşüb. Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

V.Mustafayev, həmçinin Malayziya Respublikasının müdafiə naziri Dato Seri Haji Mohamed Khaled Nordin ilə də görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, texnoloji tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də başa çatacaq.

“World
Избранный
22
10
apa.az

10Источники