RU

İndoneziya Azərbaycanla vizasız rejimə keçməyə ümid edir

İndoneziya turist axınını artırmaq üçün Azərbaycana aviasiya sazişi imzalamağı təklif edib.

Bu barədə  müsahibəsində İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi bildirib.

Onun sözlərinə görə, turizm Azərbaycanla əməkdaşlığın ən perspektivli sahələrindən biridir və iki ölkə artıq 2022-ci ildə halal turizm haqqında saziş imzalayıb.

"Əsas məsələ əlçatanlığı artırmaqdır. Birbaşa uçuşlar, vizalar, turizm paketləri və s. buaraya daxildir. Fevralın 5-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşdüm və hava əlaqəsi ilə bağlı bir neçə variant təklif etdim: "Azerbaijan Airlines"ın Cakartaya və ya Baliyə birbaşa reysi, "Turkish Airlines" və "Garuda Indonesia" ilə kod-şerinq və ya tranzit hablar vasitəsilə uçuşlar. Həmçinin birbaşa reyslərə doğru ilk addım kimi ümumi aviasiya sazişinin imzalanmasını təklif etdim", - səfir bildirib.

B.Helmi vurğulayıb ki, azərbaycanlı turistlər üçün İndoneziyaya gəliş zamanı elektron viza artıq tətbiq olunur: "Ümid edirəm gələcəkdə vizasız rejimə keçid baş verər. Bu, ikitərəfli məsləhətləşmələrdə və bəlkə də liderlərin danışıqları zamanı müzakirə olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan hökuməti Bakının indoneziyalı zəvvarlar üçün Ümrə paketlərinə daxil edilməsi təşəbbüsünü də dəstəkləyib: "Bu, İndoneziyadan turist axınını ciddi şəkildə artıracaq. Biz bu məsələ üzərində işləməyə tam hazırıq. Həmçinin qastronomik, tarixi, dini, təbiət, dəniz istiqamətləri, müxtəlif festivallar və mədəni sərgilər vasitəsilə turizmin birgə təşviqi lazımdır".

Səfir həmçinin qeyd edib ki, İndoneziya Prezidenti Prabovo Subianto Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək üçün may ayında Azərbaycana səfər edə bilər.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

report

Избранный
17
1
banco.az

2Источники