RU

Telli Pənahqızı: Sözə könül verən hər bir insanın ədəbiyyat aləmində qalmaq haqqı var

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 fevral, Nailə Həsənova, foto Tofiq Babayev

Hər kəs öz taleyinin dəmirçisidir. Kəmalə xanım bu kitabla söz dəmirçisi olduğunu hər kəsə bəyan etdi. Əslində onu Mədəniyyət Televiziyasından tanıyıram. O zaman oxuculara mədəniyyət aləmində baş verən yeniliklər haqqında məlumat verirdik. O da süjetlər hazırlayırdı, sözü, ədəbiyyatı çox sevirdi. Çalışırdım ki, ona stilistikanı, yazını və məntiqi öyrədim. Çox sevinirəm ki, onun kitabı çıxıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyində keçirilən yazıçı-publisist Kəmalə Mirzəyevanın "Öz qəbrini qazan" kitabının təqdimat mərasimindən öncə jurnalistlərə açıqlamasında Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı bildirib.

"Sözə könül verən, cümləni gözəl deməyi bacaran hər bir insanın ədəbiyyat aləmində qalmaq haqqı var. Bizim sıralarımıza çox gözəl qələm ustası gəlib. Ümid edirəm ki, xüsusilə gənclər üçün bu, çox gözəl bir hadisə olacaq",- deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
azertag.az

2Источники