RU

Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib – Qərar

Bakı, 9 fevral, AZƏRTAC

Baş nazir Əli Əsədov “Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adının verilməsi haqqında” Qərar imzalayıb.

AZƏRTAC-ın xəbərinə görə, Qərara əsasən Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib.

Elm və Təhsil Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Избранный
23
11
azertag.az

10Источники