RU

Heç kimin cürət etmədiyini edən adam Əkiz qüllələr dəki çıxışına görə niyə tutuldu? ARAŞDIRMA

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

1974-cü ildə fransalı kəndirbaz Filipp Peti Nyu-Yorkdakı "Əkiz qüllələr" arasında 415 metrdən artıq hündürlükdə heç bir sığorta olmadan kəndir üstündə gəzərək dünyanı heyrətə saldı.

Bu təhlükəli addım təsadüfi deyildi. O, bu anın xəyalını illər əvvəl qurmuş, aylarla gizli hazırlıq aparmışdı.

Saxta sənədlərlə binaya daxil olan Peti və dostları gecə vaxtı iki qüllə arasında tros çəkərək səhər saatlarında planlarını həyata keçirdilər. Filipp təxminən 45 dəqiqə kəndirin üzərində müxtəlif fəndlər göstərir, iki bina arasında dəfələrlə hərəkət edirdi.

Performansdan sonra polislər tərəfindən saxlanılsa da, onun bu hərəkəti bədii çıxış kimi qiymətləndirildi və o, Mərkəzi Parkda pulsuz tamaşa göstərməsi şərti ilə azadlığa buraxıldı.

Bu hadisə Filipp Petini heç kimin cürət etmədiyi hündürlükləri fəth edən kəndirbaz kimi tanıtdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
baku.ws

1Источники