RU

Cəlilabadda baltalanan yeniyetmə evə buraxıldı

Cəlilabadda baltalanan yeniyetmə evə buraxıldı

Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmə xəstəxanadan evə buraxılıb. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib. O, fevralın 6-da ambulator müalicə üçün evə buraxılıb.

Hadisənin dəhşətli təfərrüatları

Qeyd edək ki, Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib. Lakin qısa müddət sonra onun da ölüm xəbəri yayılıb. Məlum olub ki, o, saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən başıüstə özünü yerə atıb. Ağır xəsarət alan şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilsə də, orada vəfat edib.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Избранный
18
7
afn.az

10Источники