Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.
Bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin edilib.
Qeyd edək ki, C.Musayev bu təyinatadək Naxçıvan şəhər icra başçısı vəzifəsində çalışıb.