RU

İnsandan belə sədaqətli olan heyvanlar Alimlərdən maraqlı araşdırma

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərədə aparılan elmi araşdırma sədaqət anlayışı ilə bağlı maraqlı nəticələri üzə çıxarıb. Məlum olub ki, bəzi heyvan növləri insanlardan daha yüksək sədaqət göstəricisinə malikdir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kembric Universitetinin alimləri insanlar və müxtəlif heyvan növləri arasında yoldaşlarına sadiqlik səviyyəsini araşdırıblar. Tədqiqat çərçivəsində insan cəmiyyətlərində doğma və ögey bacı-qardaş nisbəti də təhlil edilib. Əldə olunan nəticələr xüsusi qruplara bölünüb və “sədaqətin ən yüksək liqası” adlandırılan kateqoriya formalaşdırılıb.

Bu qrupa insanlar da daxil edilsə də, ilk sırada yer almayıblar.

Araşdırmaya əsasən, qunduzların yoldaşlarına sədaqət göstəricisi 72 faiz təşkil edir.

İnsanlarda bu rəqəm 66 faiz,  meerkatlarda isə 60 faiz olub. Digər tərəfdən, sədaqət göstəricisi aşağı olan qrupda delfinlər, şimpanzelər və dağ qorillaları yer alıb.

Alimlər bildiriblər ki, ən sədaqətli heyvanlardan biri də pinqvinlərdir. Sosial xüsusiyyətləri ilə seçilən pinqvinlər hər il öz həyat yoldaşlarını tapmaq üçün minlərlə kilometr məsafə qət edirlər. Yumurtaları qoruyan pinqvin isə yoldaşını sədaqətlə gözləyir və sədaqət prinsipini pozmur.

Ailə bağları ən güclü heyvanlardan biri isə canavarlardır. Balalarına birlikdə qulluq edən və ailə birliyini qoruyan canavarlar sədaqətləri ilə seçilirlər. Onlar həyat yoldaşlarını itirmədikcə və ya ailə dağılmadıqca yeni cüt seçmirlər.

Araşdırmada qartallar da xüsusi qeyd olunub. Bildirilir ki, qartallar eyni yuva daxilində birlikdə bala böyüdür və adətən yalnız bir yuva istifadə edirlər. Hətta bəzi hallarda yoldaşlarını itirdikdən sonra uzun müddət tək qalırlar. Bu xüsusiyyətlərinə görə onlar dünyanın ən vəfalı heyvanları sırasında göstərilir.

Gülayə Mecid

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
unikal.az

2Источники