RU

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gəlişindən əvvəl Ermənistan və Azərbaycana Amerika Hərbi Hava Qüvvələrinin ən azı 20 hərbi təyyarəsi gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, təyyarələrin əksəriyyəti 4-8 fevral tarixləri arasında İrəvan və Bakıya çatıb:

“12 hərbi nəqliyyat təyyarəsi Ermənistana, doqquz təyyarə isə Azərbaycana enib. Təyyarələr əsasən ABŞ-dakı bazalardan uçub və yanacaq doldurma əməliyyatı Almaniyadakı “Ramşteyn” bazasında həyata keçirilib. Demək olar ki, bütün uçuşlar 77,5 tona qədər daşıma qabiliyyətinə malik ağır hərbi nəqliyyat təyyarəsi olan “Boinq C-17A Qlobmaster III”də həyata keçirilib”. /axar.az/

Избранный
8
2
turkustan.az

3Источники