RU

Tanınmış şərhçi barədə istintaq başladıldı 3 ilədək həbs oluna bilər

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə keçmiş hakim və futbol şərhçisi Erman Toroğlu barəsində “Cəmiyyəti çaşdıran yalan informasiyanın kütləvi şəkildə yayılması” maddəsi ilə istintaq başladılıb.Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, Toroğlu fevralın 8-də milli televiziya kanalında yayımlanan proqramda Türk futbolu ilə bağlı səsləndirdiyi iddialar səbəbilə Türk Cəza Məcəlləsinin 217-ci maddəsi üzrə istintaqa cəlb olunub.Prokurorluğun məlumatına görə, Erman Toroğlu ifadəsində proqramda səsləndirdiyi iddialarla bağlı birbaşa məlumata sahib olmadığını, bu fikirlərin eşitdiyi söz-söhbətlərə əsaslandığını və doğru olub-olmadığını bilmədiyini bildirib.İfadə prosesi başa çatdıqdan sonra Toroğlu adli nəzarət tələbi ilə növbətçi Sulh Cəza Hakimliyinə göndərilib.Erman Toroğlu canlı yayımda “Qalatasaray” Klubunun prezidenti Dursun Özbək ilə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu arasında baş verdiyi iddia olunan görüşlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Toroğlu iddiasında klub rəhbərliyinin federasiya rəhbərliyindən çempionluq yolunda dəstək istədiyinin deyildiyini eşitdiyini, lakin bu məlumatın dəqiqliyinə əmin olmadığını vurğulayıb və “Ümid edirəm doğru deyil” ifadəsini işlədib.Bu açıqlamalar ictimai rezonans doğurduqdan sonra hüquqi proses başladılıb.Xatırladaq ki, sübut olunarsa şərhçini 1 ildən 3 ilədək həbs cəzası gözləyir.Fateh, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
www.bakupost.az

2Источники