2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə bələdiyyələri üzrə bütün aktlar qanunvericiliyin tələbinə uyğun olaraq "Bələdiyyələrlə iş" informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmişdir. O cümlədən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin də aktlarının informasiya sisteminə yerləşdirilməsi təmin olunub. Bununla da bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта