ain.az, Lent az saytına istinadən bildirir.
Bakının Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələri qeydə alınıb.
Lent.az xəbər verir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pul vəsaiti və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guya yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş edib. Daha sonra zərərçəkmişlərlə birlikdə binaya daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb. Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
V.Əzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.