RU

Təzəbinəyə qayıdışın sevinci...

Bakı, 9 fevral, AZƏRTAC

Xocalı rayonunun Təzəbinə kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan kənddə elektrik, qaz, su və rabitə xətləri bərpa olunub, sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Təzəbinə sakinlərinin iştirak etdiyi videoçarx hazırlanıb.

Videoçarxda doğma yurda qayıdan sakinlər dövlət tərəfindən göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla anıb, Azərbaycan Ordusuna təşəkkür ediblər.

Link: https://www.youtube.com/watch?v=_sP6_99D0vA 

Избранный
22
8
azertag.az

10Источники