RU

Ermənilər Azərbaycan və Türkiyəyə qarşı yeni alyans yaradır

Ümumerməni İctimai Alyansı yaradıldığını elan olunub. Alyansın ideya müəllifi sabiq səfir Ruben Karapetyandır.

Herbiandf.az erməni mənbələrinə istinadən xəbər verir ki, Alyans özündə erməni ziyalılarını, Erməni Apostol Kilsəsi nümayəndələrini, hərbçiləri və diaspor nümayəndələrini birləşdirəcək.

Alyansın təsisçiləri qeyri-siyasi mahiyyət daşıdığını və və seçkilər ərəfəsində yaradılmasını tamamilə təsadüfi adlandırıblar.

Alyansın prinsiplərini və yanaşmalarını təqdim edən Ruben Karapetyan ölkənin hazırkı vəziyyətinə birgə həll yolu axtarmağın vacibliyini və heç bir tək partiyanın və ya qüvvənin mövcud böhranı təkbaşına aradan qaldıra bilməyəcəyini vurğulayıb.

"Çoxsaylı çətinliklər və təhdidlər var. Birlik yeganə xilas yoludur. Uzunmüddətli nəticələrə malik sürətli və sistemli dəyişikliklərə ehtiyac var və biz vahid bir qurum kimi hərəkət etməliyik".

Yeni Alyansın Türkiyə və Azərbaycandan kompensasiya tələb etmək kimi bir ideyası olduğunu gizlətməyən, Erməni Apostol Kilsəsini əxlaqın dayağı adlandıran Karapetyan Qarabağdan köçmüş ermənilərində hüquqlarını beynəlxalq müstəviyə çıxaracaqlarını bildirib.

Görünən odur ki, köhnə üsulların işləmədiyini dərk edən ermənilər yeni anti-Azərbaycan və anti-Türkiyə alyansı yaradır.

Избранный
74
herbiand.az

1Источники