Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın NəzarətiXidmətində 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duranvəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, müşavirədə nazirliyin Baş yanğın təhlükəsizliyieksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxilitəhlükəsizlik Baş idarəsinin rəisi general-mayor Seymur Qaraşov,Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmətgeneral-mayoru Vaqif İbrahimov, Dövlət Yanğından MühafizəXidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli,Xidmətin məsul vəzifəli şəxsləri iştirak ediblər.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmətgeneral-mayoru Vaqif İbrahimov Xidmətin 2025-ci il ərzindəfəaliyyəti barədə məlumat verərək, ölkədə yanğın təhlükəsizliyininetibarlı təmin edilməsi, o cümlədən vətəndaşların həyat vəsağlamlığının, ölkənin milli sərvətlərinin yanğından qorunmasıistiqamətində müхtəlif təyinatlı оbyеktlərdə və yaşayış sahələrindəqabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsinə nailolunduğunu qeyd edib, 2026-cı ildə də Xidmətin qarşısında duranvəzifələrin uğurla yerinə yetirilməsi üçün şəxsi heyətin səyləfəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmətgeneral-mayoru Yusif Nəbiyev ötən il əvvəlki illə müqayisədəyanğınların sayında azalmanın qeydə alındığını vurğulayaraq, bumüsbət dinamikanın əsasında, ilk növbədə nəzarət qurumununyanğınların profilaktikası baxımından səmərəli fəaliyyəti və əhaliarasında aparılan geniş maarifləndirmə işlərinin dayandığını qeydedib, cari ildə Xidmətin qarşısında duran vəzifələrdən danışıb.
Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisigeneral-mayor Seymur Qaraşov Xidmətdə nizam-intizamın və şəxsiheyətin peşə hazırlığının daim yüksək səviyyədə saxlanılmasınınvacibliyindən danışıb.
Daha sonra Xidmətin rəis müavini daxili xidmət polkovniki CəmilXudiyev ötən il ərzində Xidmətin fəaliyyətinin ayrı-ayrıistiqamətləri üzrə məruzə edərək görülmüş işlər barədə genişstatistik məlumat verib, həmçinin cari ildə aidiyyəti üzrə atılacaqaddımlardan danışıb.
Müşavirədə mövzu üzrə geniş müzakirələr aparılıb, müvafiqtapşırıqlar verilib.