25-ci Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlərin "Artsax" mahnısından istifadə etmələri ilə bağlı Azərbaycan tərəfinin şikayəti təmin olunub.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmani və Karina Akopovan yarış zamanı "Ara Gevorgyanın musiqisi"ndən istifadə edəcəklər.
""Artsax" adı əvəzinə "Ara Gevorgyanın musiqisi" elan ediləcək. Ermənistan və Azərbaycan arasında "Olimpiya" mübahisəsi həll olunub", -deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi 25-ci Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin və Karina Akopovanın yarış zamanı "Artsax" mahnısından istifadə etmələri ilə bağlı şikayət ərizəsi təqdim edib.
Ağarza Elçinoğlu