RU

Azərbaycan ötən il işğaldan azad edilmiş ərazilərdə 385 layihə icra edib

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 385 layihə icra edilib.

SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu layihələrin icrasına 3 miyard 781,9 milyon manat xərclənib ki, bu da faktiki ayırmaların 94,5 %-ni təşkil edib.

Ötən il Qarabağ və Şərqi Zəngəzurda icra edilmiş layihələrin 56-sı nəqliyyat, 78-si su təsərüffatı və meliorasiya, 19-u energetika, 7-si müdafiə və hüquq-mühafizə, 177-si sosial, 48-i isə sair layihələr olub.

Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 1 milyard 991,5 milyon manat (icra 99 %), sosial layihələrin icrasına 1 milyard 67,4 milyon manat (93 %), sair layihələrin icrasına 382,4 milyon manat ( 90 %), su təsərüffatı və meliorasiya layihələrin icrasına 123,7 milyon manat (67 %), energetika layihələrinin icrasına 132,3 milyon manat (100 %), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 84,7 milyon manat (91 %) vəsait xərclənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
5
sia.az

6Источники