12 gündür xəstəxanada müalicə alan Xalq artisti Şeyx Əbdül Mahmudov xəstəxanadan çıxır.
O,“Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bronx, mədənin yarası və prostat xəstəlikləri ilə mübarizə aparır:
“Mədəniyyət naziri və bütün kinostudiya əməkdaşları mənimlə maraqlanır, yanıma gəlirlər. Kinematoqrafçılar İttifaqından başqa hər yerdən zəng gəlir”, - deyə Şeyx Əbdül qeyd edib.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudovun bu gün xəstəxanadan çıxacağı gözlənilir. Onunla Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı arasında ziddiyyət xeyli müddətdir davam edir.