BAKI, 9 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Kanada, Qrenlandiya və Venesuelanın Amerikanın bir hissəsi kimi göstərildiyi foto paylaşıb.
Teleqraf xəbər verir ki, süni intellekt vasitəsilə yaradılmış görüntüdə Tramp Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də daxil olmaqla, Avropa İttifaqı liderləri ilə görüş keçirir.
Arxa planda ABŞ bayrağının rəngləri ilə Kanada, Venesuela və Danimarkaya məxsus Qrenlandiya adasının ABŞ ərazisi kimi işarələndiyi xəritə görünür.

Donald Tramp görüntünü heç bir əlavə şərh vermədən dərc edib.