RU

İmam Mehdi zühr edəcəkmi? Elşad Miri

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dində bu gün də müzakirə olunan məsələlər çoxdur.

Onlardan biri də “İmam Mehdi”-nin zühr etməsi məsələsidir.

İnanclı insanlar gələcəyini, inancsızlar isə bunun uydurma olduğunu deyir.

Bu barədə Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.

O bildirib ki, əgər gələcəksə, gəlib nə edəcək?

“Bilirsiniz, tutaq ki, mənim zamanımda gəlmədi. Bəs onda mənim günahım nədir? Belə deyən adamlara həmişə sual verirəm ki, məsələn, birdən qapı açıldı və girdi içəri. Necə təsəvvür edəcəksən? Əlində qılınc, fərqli geyim? Lağ edəcəksən axı. Deyəcək Mehdiyəm. İnanacaqsan? Necə gələcək o? Lazerləmi gələcək, yoxsa qılınc, ya müasir silahlamı? Bir dəfə biri mənə dedi ki, yuxuda görürəm, İmam Zaman mənə dedi, gəlib onun, yəni mənim dərimi soyacaq. Dedim, görün, nə qədər əzazil, qəddar düşünürsünüz ki, yuxunuza da bu cür gəlib. Bir sözlə, gəlib nə edəcək? Yeni bir kitabmı gətirəcək, dünyamı yaradacaq? Mövcud olan kitabımız əlimizdədir. Buna uyğun həyatı yaşasaq dünyamızı cənnətə çevirərik”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
icma.az

1Источники