RU

Lavrov ABŞ ı “kişi kimi davranmağa” çağırdı

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya ABŞ-ın Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təklifini qəbul edib. Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov TV Brics telekanalına müsahibəsində bildirib.“Ankoricdə biz ABŞ-ın təklifini qəbul etdik. Açıq desək, kişi kimi danışsaq, onlar təklif etdilər — biz razılaşdıq, deməli problem həll olunmalıdır”, — deyə Lavrov qeyd edib.Onun sözlərinə görə, ABŞ-ın təklifini qəbul etməklə Rusiya “sanki Ukrayna məsələsinin nizamlanması üzrə vəzifəni yerinə yetirib”. “Bizim üçün ABŞ-ın mövqeyi vacib idi. Onların təklifini qəbul etmişiksə, bu, əslində münaqişənin həlli və tamhüquqlu, geniş və qarşılıqlı faydalı əməkdaşlığa keçid deməkdir”, — deyə nazir əlavə edib.

 

Lakin Lavrovun qeyd etdiyi kimi, hazırda vəziyyət fərqli cərəyan edir: yeni sanksiyalar tətbiq olunur, “tankerə hücumlar isə davam edir”.

Lavrov həmçinin bildirib ki, ABŞ “iqtisadi dominantlıq vəzifəsini elan edib”. “Ona görə də burada təkcə Ukrayna məsələsində — guya onlar təklif etdilər, biz hazır idik, indi isə onlar hazır deyillər — yox, eyni zamanda iqtisadi sahədə də heç bir parlaq gələcək görmürük”, — deyə o vurğulayıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
1
bizim.media

2Источники