RU

Epşteyn qalmaqalı: Maskdan qurbanlara pul VƏDİ

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-li milyarder, iş adamı İlon Mask milyarder Ceffri Epşteynlə bağlı həqiqəti söylədiklərinə görə məhkəməyə verilən şəxslərin müdafiə xərclərini qarşılayacaq. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Milli Futbol Liqasının (NFL) çempionluq oyunu olan Super Bowl matçının fasiləsi zamanı Epşteyn qurbanlarının yer aldığı və həqiqət tələbi ilə hazırlanmış reklam yayımlanıb. Reklamda Epşteynə dair bütün sənədlərin açıqlanmamasına və bəzi adların gizli saxlanılmasına etiraz edilib. 

“X” sosial media platformasında bir istifadəçi reklamı paylaşaraq bildirib ki, Epşteyn qurbanları gizlədilən bu adları açıqlaya bilər. Məhkəməyə verilməkdən çəkinən şəxslər Konqresdəki tərəfdarları vasitəsilə bu adların açıqlanmasına nail ola bilərlər. İlon Mask da bu paylaşıma cavab verib: 

“Bu mövzuda həqiqəti açıqladığı üçün məhkəməyə verilən hər kəsin müdafiə xərclərini qarşılayacağam”. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
1
cebheinfo.az

2Источники