RU

Sabah ın qapıçısı 1 ci Liqa klubuna keçdi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah"ın qapıçısı Rüstəm Samiqullin karyerasını I Liqada davam etdirəcək. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisində ehtiyatda qalmaqdan bezən 23 yaşlı qolkiper "Cəbrayıl"a keçib. 

Fərman Bayramovun "Qaradağ Lökbatan"a üz tutmasından sonra bir qapıçının ümidinə qalan Qarabağ təmsilçisi boşluğu U-21-in sabiq üzvü ilə doldurub. Cavid Hüseynovun başçılıq etdiyi "Cəbrayıl" Samiqullini icarəyə götürüb. O, mövsümün sonuna kimi bölgə təmsilçisinin uğurları üçün çalışacaq.    

"Sabah"ın yetirməsi olan Rüstəm Samiqullin 2024/2025 mövsümündə "Neftçi"də icarə əsasında çıxış edib.

Qeyd edək ki, 13 oyunda 13 xal əldə edən "Cəbrayıl" hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
1
fanat.az

2Источники