RU

Lavrovdan ŞOK TƏHDİD – Avropaya qarşı böyük MÜHARİBƏ

Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın Avropaya hücum planı olmadığını, ancaq zərurət yaranacağı təqdirdə “tammiqyaslı hərbi cavab” verməyə hazır olduqlarını bəyan edib. O, Avropadan Rusiyaya qarşı mümkün hücum ssenarisi olacağı halda, cavabın “xüsusi hərbi əməliyyat” formatında deyil, bütün mövcud hərbi vasitələrlə veriləcəyini vurğulayıb.

Lavrov bu fikirləri NTV-də yayımlanan “İtoqi nedeli” proqramına verdiyi müsahibədən göstərilən fraqmentdə səsləndirib.

Lavrovun sözlərinə görə, “biz heç bir Avropaya hücum etməyə hazırlaşmırıq, buna ehtiyacımız yoxdur. Əgər Avropa… Rusiyaya hücuma başlasa, prezidentin dediyi kimi bu, bizim tərəfdən xüsusi hərbi əməliyyat olmayacaq. Bu, doktrinal sənədlərə uyğun olaraq bütün mövcud vasitələrlə tammiqyaslı hərbi cavab olacaq”.

Bəs, bu açıqlamanı beynəlxalq təhlükəsizlik kontekstində necə qiymətləndirmək olar; belə bəyanatlar Avropa-Rusiya münasibətlərinə və regional sülhə hansı təsirləri göstərə bilər və bu sözlərin real hərbi risklər və siyasi gərginliklərə necə təsir etməsi gözlənilir?

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, əslində, faktiki olaraq  NATO-Rusiya qarşıdurması artıq baş verib:

“Ukraynada davam edən müharibə və Avropa ölkələrinin Ukraynaya verdiyi dəstək də bunu təsdiq edir.

Rusiya bu günlərdə yalnız Ukraynaya deyil,  Avropa ölkələrinə də dron hücumları həyata keçirir. Bu isə o deməkdir ki, Rusiya və NATO ölkələri  artıq qarşıdurma içindədir. Amma Rusiyanın hər hansı bir Alyans ölkəsinə raket zərbəsi endirməsi faktiki iki tərəf arasında birbaşa və açıq qarşıdurmaya səbəb olar. Belə bir mümkün qarşıdurmanın növbəti dünya müharibəsinə gətirib çıxaracağını düşünmək olmaz. Çünki  Rusiya da nüvə dövlətidir, Avropa öılkələrindən Böyük Britaniya və Fransa da nüvə dövlətidir”.

Şərhçi qeyd edib ki, hər halda onlar ümumiyyətlə, mümkün qədər qarşıdurmadan qaçmağa cəhd edəcəklər:

“Artıq birbaşa Rusiya-NATO qarşıdurması baş verəcəyi təqdirdə isə onu minimum səviyyəyə endirməyə çalışacaqlar.

Ona görə ki, böyük bir nüvə müharibəsinin baş verməsi heç kimin marağında deyil. Lakin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam etdikcə onun daha böyük bir müharibəyə çevrilmə riski hələ də qalır. Rusiyanın resursları uzun müddət və onlarla dövlətin birliyi ilə müharibə etməyə imkan verməyəcək. Elə indi Kreml guya Ukraynaya qalib gəlməsi ilə öyünsə də, artıq müharibənin 4-cü ili bitir, amma Putin ordusu Ukraynada istədiyini əldə edə bilmir. Belə bir durumda tək Ukrayna ilə bacarmırsa, NATO ilə savaşda nə edə bilər ki?”.

Turan

Избранный
19
nocomment.az

1Источники