RU

14 bələdiyyə barədə cinayət işi açılıb

Müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. 

Ölkə.az xəbər verir ki, bu  barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşıb

Məruzədə həmçinin 3 protokolun məhkəmələrin icraatında olduğu qeyd edilib. Bildirilib ki, bir sıra rayon bələdiyyələrində qanun pozuntuları aşkarlanıb. 

Mürtəza

Избранный
40
olke.az

1Источники