RU

Dəyərlərin deqradasiyası - Müasir gənclik müəllimə hörməti unudur

Son vaxtlar müəllimlərin cəmiyyətdəki nüfuzunun azaldığı müşahidə olunur. Əvvəllər şagirdlər müəllimlərə böyük hörmət və ehtiram göstərirdilər, indi isə bu münasibət kifayət qədər zəifləyib. Bu dəyişiklik həm təhsil prosesinə, həm də məktəb mühitinə mənfi təsir göstərir. Cəmiyyətin müəllimlərə verdiyi dəyər azalır və onların rolu yetərincə qiymətləndirilmir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu yalnız bizdə deyil, dünyada da baş verən bir prosesdir:

"Mənəvi dəyərlərin deqradasiyası, dəyərlərin dəyişməsi, əxlaqın zəifləməsi bu prosesə öz təsirini göstərir. Təəssüf ki, müasir dünya bizə yalnız əylənməyi, gəzməyi və bioloji varlığımızı qorumağı təklif edir. Yəni dəyərlərin deqradasiyası artıq bütün dünyada gözə çarpır. Məsələn, bu gün alimlərə münasibətə baxın. Dünyada ən yaxşı yaşayan insanlar kimlərdir? Onlara baxdıqda bu suala cavab tapmaq mümkündür. Dünyamız daha çox bu istiqamətdə gedir və bu prosesə mənfi təsir göstərir",- o qeyd edib.

Deputat vurğulayıb ki, burada ailələrin rolu da böyükdür:

"Ailə müəllimə hörmətlə yanaşmalı və övladına bunu təbliğ etməlidir – yəni, övladınız müəllimə hörmətlə yanaşmalıdır. Əgər valideyn məktəbdə müəllimi şagirdin gözü qarşısında təhqir edirsə, bunun mütləq mənfi nəticələri olur. Sözsüz ki, burada müəllimlərin davranışları da çox önəmlidir və onlar hərəkətlərinə ciddi diqqət yetirməlidirlər. Eyni zamanda, mərkəzi icra hakimiyyəti müəllimlərə münasibətdə həssas olmalı və onların nüfuzuna xələl gətirəcək açıqlama və bəyanatlardan çəkinməlidir",- deyə Ceyhun Məmmədov əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
59
missiya.az

1Источники