RU

Ötən il bələdiyyə aktları ilə bağlı neçə iş məhkəməyə gedib?

Bakı. Trend:

2025-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçündaxil olmuş 81 711 (o cümlədən Naxçıvan MuxtarRespublikasının Ədliyyə Nazirliyində 1 935)bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 79448 (97,2 %) aktın qanunvericiliyə uyğunolduğu müəyyən edilib.

Trend-inməlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlıƏdliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksinitapıb.

Bildirilib ki, normativ hüquqi aktların tələblərinə zidd olan1 645 (2 %) aktın dəyişdirilməsivə ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib,618 akt (0,8 %) isə növbəti iləqalıq keçib.

Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən644 (0,79 %) akt ləğv edilib,950 (1,16 %) akt dəyişdirilib,44 (0,05 %) təklif isə növbətiilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan7 (0,008 %) təklif üzrəməhkəmələrdə iddia qaldırılıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4132 müraciətdən 3 618-nə(87 %) baxılıb, 204-ü(5 %) aidiyyəti üzrə göndərilib,310 (8 %) müraciət isə növbətiilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatınəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi iləbağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasındaqanunvericiliyin tələblərinə zidd 53 bələdiyyəaktının hamısı ləğv edilib.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarəticraatı zamanı təklif verilən 1 698 aktdan697-si (41 %) ləğv edilib,950-si (56 %) dəyişdirilib,7 (0,4 %) təklif üzrəməhkəmələrdə iddia qaldırılıb, 44(2,6 %) təklif isə növbəti ilə qalıq keçib.

Избранный
22
8
az.trend.az

10Источники