RU

Rektorun oğluna yeni vəzifə verildi - Bu sahədə çalışacaq

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, bundan sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışacaq.

Hüquq üzrə elmlər doktoru olan Mehdi Abdullayev adıçəkilən ali təhsil müəssisəinin Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri təyin edilib.

Əldə etdiyimiz məlumata görə, M.Abdullayevin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini vəzifəsindən ayrılması da elmi işlə məşğul olmaq istəyi ilə bağlıdır. O, işdən öz ərizəsi əsasında azad olunub və kafedra müdiri təyin edilib.

Qeyd edək ki, M.Abdullayevin digər valideyni də alimdir. Onun anası akademik Gövhər Baxşəliyeva AMEA-nın Şərqşünaslıq İnstitutunun baş direktoru və AMEA İctimai Elmlər Bölməsinin sədridir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
17
2
yenisabah.az

3Источники