RU

Toni Kroos: “O getsə, bu liqanı heç kim izləməyəcək”

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Toni Kroos: “O getsə, bu liqanı heç kim izləməyəcək”

Almaniya millisinin və Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Toni Kroos “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı çempionatındakı durumu ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, şəxsi podkastında Səudiyyə liqasını tənqid edib:

"Səudiyyə liqası qəribə bir yerdir. Kriştiano gələnə qədər onlar haqqında heç kim eşitməmişdi. İndi isə onlara dünya şöhrəti qazandıran futbolçuya hörmət etmirlər. Açıq deyim: əgər Kriştiano sabah getsə, bu liqanı artıq heç kim izləməyəcək”.

Qeyd edək ki, daha əvvəl Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının İnvestisiya Fondundan narazı olduğu bildirilmişdi. Həmin fond “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahibdir. Mətbuatın yazdığına görə, portuqaliyalı futbolçu “Əl-Nəsr”in qış transfer siyasətindən məmnun deyil.

Bu səbəbdən o, komandasının artıq 2 oyununa çıxmaqdan imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
qol.az

2Источники