RU

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir.

KONKRET.az xəbər verir ki, bu fikiri enerji təhlükəsizliyi üzrə ekspert, siyasi elmlər doktoru Vaqe Davtyan bildirib.

Ekspertin sözlərinə görə, aparıcı erməni geoloq-mineraloq Petros Aloyan tərəfindən hazırlanmış xəritəyə əsasən, Zəngəzur bölgəsində iri uran yataqları yerləşir.

Davtyan qeyd edib ki, Vaşinqtonun geoiqtisadi məqsədi Çin və Rusiyanı geridə qoymaqdır, çünki bu ölkələr nüvə energetikasının inkişafında inqilabi addımlar atırlar. O, torium reaktorları və sürətli neytron reaktorları üzrə tədqiqatları xatırladıb.

“Qeyd etmək lazımdır ki, bu günə qədər ABŞ bazarına zənginləşdirilmiş uranı ən çox Rusiya təmin edir”, – Davtyan Teleqram kanalında yazıb.

O əlavə edib ki, Vaşinqton Avropaya uran tədarükünün diversifikasiyasının qarşısını almağa çalışır, xüsusən Fransanın Niger və Qabonla əlaqələrində mövqeləri zəiflədiyi halda, bunu etmək istəyir.

Davtyan hesab edir ki, Avropa bazarı Tramp üçün hələ də iqtisadi kolonizasiya zonası kimi qiymətləndirilir.

“TRIPP layihəsi faktiki olaraq ABŞ-ın Avropa–Qafqaz–Asiya beynəlxalq koridorunda mövcudluğunu təmin edir, bu isə eyni zamanda bir sıra logistika, enerji, mədənçilik və hərbi-siyasi məsələlərin həllinə imkan yaradır”, – deyə Davtyan bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
konkret.az

2Источники