Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın I Liqa klubu "Baku Sportinq"in üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Fanat.Az xəbər verir ki, AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov klub üzvlərinə matçlarla bağlı manipulyasiya halları haqqında ətraflı məlumat çatdırıb.
Seminar zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu diqqətə çatdırılıb. Həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.
Qeyd edək ki, maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.