"Formula-1" üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton və Kim Kardaşyan ilk dəfə ictimaiyyət qarşısında birlikdə görünüblər.
Publika.az xəbər verir ki, ulduz cütlük bazar günü "Levi’s Stedyum"da keçirilən Superboulu birlikdə izləyib.
Kim və Lyuis “Sietl Sihoks” ilə “Nyu-İnqlend Patroits” arasındakı oyunu tribunadan izləyərkən kameralara tuş gəliblər.
45 yaşlı teleulduz, SKIMS brendinin qurucusu Kim Kardaşyan və 41 yaşlı britaniyalı “Formula-1” pilotu Lyuis Hemilton olduqca rahat görünür, bir-birlərindən açıq şəkildə zövq alırdılar. Kameralar dəfələrlə bu cütlüyü kadra alıb, hətta görüntülərdən biri sosial şəbəkələrdə viral olub və geniş müzakirələrə səbəb olub.
Peşəkar dodaqoxuyan Nikola Hiklinqin sözlərinə görə, Hemilton söhbət zamanı Kimə onu anası ilə tanış edəcəyinə söz verib. "Daily Mail"in yazdığına görə, pilotun “Mən hər kəsi anamla tanış etmirəm. Sən mütləq onunla tanış olacaqsan, bir gün. O, səni görmək üçün çox səbirsizlənir”, - dediyi iddia olunur.