RU

Rusiya ordusu Ukrayna dəmir yollarını vurub

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ordusu Ukrayna dəmir yolu infrastrukturunu yenidən hədəfə alıb.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları İdarəsinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Hücum nəticəsində Sumı və Çerniqov bölgələrində “Ukrzaliznitsa” lokomotivi və hava xətləri zədələnib.

“Sumı bölgəsindəki dəmir yolu işçiləri və sərnişinlər sığınacaq tapıblar. Sumı-Kiyev və Sumı-Xarkov qatarlarında gecikmələr ola bilər, regional və şəhərətrafı xidmətlərdə əməliyyat dəyişiklikləri də mümkündür”, - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, Xarkov bölgəsi, xüsusən də Lozova-Barvinkove-Kramatorsk hissəsi yüksək riskli ərazi olaraq qalır. Bu hissədə avtobuslar xidmət göstərir.

Bundan əlavə, Zaporojye bölgəsində gücləndirilmiş təhlükəsizlik monitorinqi davam edir. Vəziyyətdən asılı olaraq, qatarların hərəkətinə icazə verilə və ya avtobus transferlərindən istifadə edilə bilər.

“Ukrzaliznitsa” həmçinin sərnişinlərdən qatar heyətinin və stansiya nəzarətçilərinin təlimatlarını diqqətlə dinləmələrini xahiş edir.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
reyting.az

1Источники