Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illikyubileyi çərçivəsində “İnnovativ kommunikasiya kontekstindədilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda onlaynformatda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu barədə Trend-ə universitetin mətbuat xidmətindən məlumatverilib.
Bildirilir ki, konfransın açılış mərasimində AzMİU-nun rektoru,memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova çıxışedərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cıili Azərbaycan dili ilə bağlı elan etdiyi mühüm təşəbbüs vəsərəncamları xüsusi vurğulayıb. Rektor qeyd edib ki, dövlətbaşçısının ana dilimizin qorunması, zənginləşdirilməsi və elmimüstəvidə inkişafı istiqamətində müəyyən etdiyi strateji xətt alitəhsil müəssisələri qarşısında mühüm vəzifələr müəyyənləşdirir.
Professor Gülçöhrə Məmmədova bildirib ki, məhz bu dövlətsiyasətinə uyğun olaraq təşkil olunan beynəlxalq elmi-praktikkonfrans dilçilik, ədəbiyyat və dil tədrisi sahəsində millidəyərlərin qorunması ilə yanaşı, innovativ yanaşmaların təşviqinəxidmət edir. O vurğulayıb ki, qloballaşan dünyada innovativkommunikasiya bacarıqları mühəndislik, memarlıq və texnikiixtisaslar üzrə təhsil alan gənclər üçün strateji əhəmiyyətdaşıyır.
Rektor diqqətə çatdırıb ki, AzMİU-da dil tədrisinə xüsusi önəmverilir və universitetdə tədris Azərbaycan, ingilis və rusdillərində aparılır. Bununla yanaşı, ingilis, rus, alman, fransızvə italyan dilləri də tədris olunur. Bu yanaşma tələbələrinbeynəlxalq akademik mühitə inteqrasiyasını asanlaşdırır, onlarınqlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Eyni zamandahəm tələbələrin, həm də müəllim heyətinin ana dili və xarici dillərüzrə bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirildiyiqeyd olunub. Çıxışda AzMİU-nun beynəlxalq tərəfdaşuniversitetlərlə, eləcə də British Council Azərbaycan iləəməkdaşlıq çərçivəsində dil tədrisi sahəsində həyata keçirilənlayihələrin əhəmiyyəti vurğulanıb.
Konfransda AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri,filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova çıxışedərək kafedranın kadr potensialı, elmi-pedaqoji fəaliyyəti vətətbiq etdiyi innovativ tədris metodikası barədə ətraflı məlumatverib. O, dil tədrisində kommunikativ yanaşma, rəqəmsalresurslardan istifadə və tələbəyönümlü metodların üstünlükləriniönə çəkib.
Dosent Aygün Məmmədova konfransın əsas məqsədinin alimlərin elmifəaliyyətinin tanıdılması, fikir və təcrübə mübadiləsininaparılması, multidissiplinar yanaşmaların genişləndirilməsi, müasirdilçilik və dil tədrisinin strateji inkişaf istiqamətlərininmüəyyənləşdirilməsi olduğunu bildirib. Qeyd olunub ki, konfranstoplusuna ümumilikdə 78 məqalə təqdim edilib. Onlardan 27-sidilçilik və ədəbiyyat, 51-i isə tədris metodikası sahəsini əhatəedir. Dosent Aygün Məmmədova qeyd edib ki, məruzələrdə Azərbaycandilinin saflığının qorunması, müasir informasiya mühitində dilnormalarının pozulması, ekran və efir nitqində dil mədəniyyəti kimiməsələlər xüsusi diqqət mərkəzində olacaq. Bu baxımdan təqdimolunan məruzələr Azərbaycan dili ilə bağlı dövlət səviyyəsindəaparılan siyasətə elmi yanaşmaların təqdim edilməsi baxımındanaktual xarakter daşıyır.
Daha sonra AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru,professor Nigar Aslanova, Azərbaycan Dillər Universitetinin elm vəinnovasiyalar üzrə prorektoru professor Həmidə Əliyeva, AMEA Nəsimiadına Dilçilik İnstitutunun “Süni intellekt və kompüter dilçiliyi”şöbəsinin baş elmi işçisi dosent Nərmin Əliyeva, Azərbaycan DillərUniversitetinin İngilis dilinin tədrisi metodikası kafedrasınınmüdiri, pedaqoji elmlər doktoru, dosent Günay Şirəliyeva, BakıDövlət Universitetinin İngilis dili (humanitar fakültələr üzrə)kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru MənsurəAğayeva və Milli Aviasiya Akademiyasının İngilis dili kafedrasınınbaş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günay Mirzəyeva çıxışedərək müasir dilçilik, süni intellektin dil tədrisinə təsiri vəəcnəbi dillərin tədrisində aktual metodoloji yanaşmalarla bağlıfikirlərini bölüşüblər.
Plenar iclasdan sonra konfrans öz işini iki bölmə üzrə davametdirib. Birinci bölmədə “Müasir dilçilik və ədəbiyyatşünaslığınaktual problemləri” mövzusu üzrə 8, ikinci bölmədə isə “Əcnəbidillərin müasir tədris metodikasının aktual problemləri” mövzusuüzrə 15 məruzə dinlənilib. Birinci bölmədə müasir dilçilik elmininaktual nəzəri problemləri – diskurs və funksional linqvistiktəhlil, akademik kommunikasiya, terminoloji sistemlərinformalaşması və tərcümə nəzəriyyəsi elmi-nəzəri baxımdan şərholunub.
Konfransın ikinci bölməsində isə əcnəbi dillərin müasir tədrismetodikasının aktual problemləri – pedaqoji və fərdi yanaşmalarınpraktik tətbiqi, rəqəmsal texnologiyaların rolu, kommunikativbacarıqların inkişafı, mədəniyyətlərarası və peşəkar kommunikativkompetensiyalar, eləcə də süni intellektin elm və təhsildə roluprioritet istiqamətlər kimi müzakirə edilib.
Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Fransa,Niderland, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müxtəlif alitəhsil müəssisələrindən olan alimlər və dilçi mütəxəssislər iştirakedərək dəyirmi masa formatında mövzular ətrafında elmi müzakirələraparıblar.
Beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və tədrismetodikası sahəsində aktual problemlərin müzakirəsi, elmiəməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların təşviqibaxımından mühüm elmi platforma kimi dəyərləndirilib.