ABŞ vitse-prezidenti C.D. Vensin Ermənistan və Azərbaycana qarşıdan gələn səfəri təkcə təyinatı ilə deyil, həm də baş tutması ilə diqqət çəkir.
Səfərin əhəmiyyətini şərh edən ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Pol Qobl əsasən daha geniş regional kontekstə işarə edir.
O qeyd edir ki, həm Azərbaycan, həm də Ermənistan ABŞ üçün getdikcə daha vacib hala gəlir, çünki hər iki ölkə Moskvadan uzaqlaşıb TRIPP-i dəstəkləyir.
Qobl İran ətrafında baş verənlər də səfərin aktuallığını artırır. Amerikalı siyasətçi hesab edir ki, ABŞ həm, Bakı, həm də İrəvana Şimaldakı təhlükəsizlik təhdidləri fonunda Cənubdan gələn təhlükələr qarşısında daha inamlı olmaq üçün dəstək verməyi planlayır.