RU

Ermənistanla sərhədlər açılır Hazırlıqlar başladı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə ilə Ermənistan sərhədi açılır.Demokrat.az xəbər verir ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin əsas simvollarından sayılan Alican Gömrük Qapısında hazırlıqlar sürətlənib. Iğdır valisi M. Fırat Taşolar sərhəd xəttində aparılan yeniləmə və infrastruktur işləri ilə yerində tanış olub, görülən işlərin gedişi barədə məlumat alıb. Vali Taşolar texniki heyətlə birlikdə sərhəd binalarına və keçid marşrutlarına baxış keçirib, işlərin qısa müddətdə yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.Qeyd edək ki, 1993-cü ildən mülki keçidlər üçün bağlı qalan Alican Gömrük Qapısı ötən il zəlzələ yardımlarının çatdırılması məqsədilə müvəqqəti açılmışdı. Hazırda isə keçidin daimi fəaliyyətə başlaması üçün intensiv iş aparılır.Kənan

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
demokrat.az

1Источники