RU

Saatlarla davam edən tıxacın səbəbi: Bir günlük təmir yolu 3 gün bağlı saxladı

Bakı-Sumqayıt avtomobil yolunda Sulutəpə istiqamətində tətbiq edilən məhdudiyyətlər son günlər ciddi nəqliyyat sıxlığına səbəb olub. 

Fevralın 6-da axşam saatlarından etirən yola giriş bağlanıb, həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələri başqa yollara yönəlməli olub. Bu da yolda uzun tıxac yaradıb.

Bu vəziyyət şənbə və bazar günləri də davam edib. Xüsusilə bazar günü insanlar saatlarla yolda qalmalı olublar. Yaranmış tıxac həm ərazidə yaşayan sakinlərin gündəlik hərəkətinə, həm də işdən qayıdan vətəndaşların vaxtında mənzil başına çatmasına ciddi təsir göstərib. 

Bildirilir ki, vətəndaşlar evə yalnız gecə saatlarına yaxın çata biliblər. Bəs aparılan təmir işləri niyə gecə saatlarında həyata keçirilmir?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Cebheinfo.az”-a bildirilib ki, yayılan məlumatlarda müəyyən uyğunsuzluqlar var. 

Qurumdan qeyd olunub ki, sözügedən ərazidə təmir işlərinə ötən gün səhər saatlarında başlanılıb və axşam saatlarında da yekunlaşdırılıb: "İşlər ümumilikdə yarım gün davam edib. Beş gündür təmir getməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. 

Təmir üçün məhz nəqliyyat axınının nisbətən az olduğu iç günləri deyil, istirahət günü, yəni şənbə və bazar günləri seçilib. İşlərin maksimum qısa müddətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülüb”. Quruman vurğulanıb ki, təmir prosesi dünən axşam saatlarında tam bitib. 

Qurumun açıqlamasına baxmayaraq, bazar günü aparılacaq təmirə görə yolun cümə günündən bağlanması səbəbi naməlum qalıb. 

Избранный
48
1
cebheinfo.az

2Источники