Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son günlər xaricdən sifariş edilən məhsulların gömrükdə saxlanılmasıyla bağlı sosial şəbəkədə paylaşımlar yer alır.
Axşam.az xəbər verir ki, bu dəfə model Səmra Hüseynova və aparıcı Tarix Əliyev də bununla bağlı paylaşım edib.
Səmra bildirib ki, 1 aydır sifariş etdiyi məhsul gömrükdə saxlanılıb:
"Tam 1 aydan çoxdur ki, xaricdən sifərişlər gömrük tərəfindən saxlanılıb. Çox xaiş edirəm biz vətəndaşların səbri tükənir, elektron dövürdə robot sistemində yaşayırıq. Bu prosesi sürətləndirin, sizdən rica edirəm. Onsuz da "smart customs"da yalan bəyannamə edəndə özü geri qaytarır. Xahiş edirəm, nə sifariş edə bilirik, güvən problemi yaranır, nə də mallarımızı götürə bilirik".
Tolik isə ona şərh yazaraq "Məndə də... Maşın üçün aldıqlarım gəlməyib" şikayətini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.